Raquf Orucov və Polad Həşimova “Milli Qəhraman” adı niyə verilmir?backend

Raquf Orucov və Polad Həşimova “Milli Qəhraman” adı niyə verilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ müharibəsinin qazisi, 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Briqada komandiri Raquf Orucovun adının əbədiləşdirilməsi ilə bağlı bu günə qədər heç bir addım atılmayıb.

NOCOMMENT.az xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərindən və “Murov Qartalı” kimi yaddaşlarda yaşayan, bütün Azərbaycan xalqı tərəfindən sevilən Polkovnik-leytenant Raquf Orucovun adının əbədiləşdirilməsi ilə bağlı aidiyyatı üzrə dövlət orqanları tərəfindən heç bir addım atılmayıb.

Şəhid R.Orucovun adına doğulduğu rayonda və ya yaşadığı Sumqayıt şəhərində belə küçə və məktəbə adı verilməyib.

Doğulduğu torpaq ermənilər tərəfdən işğal olunduqdananası ermənilər tərəfdən öldürüldükdən sonra R.Orucov həyatınü bütünlüklə erməni işğalçıları ilə mübarizəyə həsr etmişdi.

Şəhidin həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova NOCOMMENT.az-a ötən müsahibələrində Raqufun dəfn mərasimində Müdafiə Nazirliyindən rəhbər şəxslərdən heç kəsin iştirak etmədiyini bildirmişdi:

“Raqufun dəfn mərasimində Müdafiə Nazirliyinin bir nəfər belə olsun rəsmisi iştirak etmədi. Hansı ki, Raquf Orucov aprel döyüşlərində şəhid olmuş yeganə hərbi hissə komandiri idi. Lakin, xalq Raqufu sevgi və böyük izdiham ilə dəfn etdi. Bu gün də insanların, Azərbaycan xalqının sevgisi bizə böyük dəstəkdir və ədalət mütləq yerini tapacaqdır”.

Hətta Sumqayıtda yaşadığı binaya xatirə barelyefi belə şəhidin həyat yoldaşı Sevinc xanımın maliyyə vəsaiti hesabına vurulub.

Lakin, bu günə qədər Briqada komandiri, polkovnik-leytenant Raquf Orucovun adının əbədiləşdirilməsi, həmçinin “Milli Qəhraman” Fəxri adının verilməsi ilə bağlı heç bir addım atılmayıb.

Eyni zamanda Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş, Korpus komandiri, General-mayor Polad Həşimova da “Milli Qəhraman” Fəxri adının verilməsi məsələsi də bu günə qədər həll olunmamış qalır.

Sözü gedən hər iki məsələ – aprel döyüşləri şəhidi, Briqada komandiri, Polkovnik Raquf Orucov və Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş, Korpus komandiri, General-mayor Polad Həşimova “Milli Qəhraman” Fəxri adlarının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə avqust ayının əvvəlindən sorğu göndərsək də, nazirliyin sözçüsü Vaqif Dərgahlı bu günə qədər heç bir cavab verməyib.

Ümid edirik torpaq uğrunda şəhid olan hər iki yüksək rütbəli zabitlərimiz ilə bağlı Müdafiə Nazirliyi öz mövqeyini bildirəcək.

Bu arada qeyd edək ki, işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan Tovuz istiqamətində gedən döyüşlərdə iştirak etmiş əsgər və zabitlərinin təltif edilməsi ilə bağlı sosial hesabında paylaşım edib:

“Tavuş döyüşlərində fəal iştirak edən 16 hərbçi birinci dərəcəli “Döyüş Xaç” ordeni, 55 hərbçi ikinci dərəcəli “Döyüş Xaç” ordenləri ilə təltif edildi”, – deyə Paşinyan Facebook-da yazıb. Baş nazir həmçinin vurğulayıb ki, kapitan Ruben Sanamyan Milli Qəhrəman adına və Vətən uğrunda Ordenə namizəd olub.

NOCOMMENT.az