Rasim Məmmədov yenə də son söz deyə bilmədibackend

Rasim Məmmədov yenə də son söz deyə bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov yenə də son söz deyə bilməyib.

Buna səbəb məhkəmə iclasının təyin olunan vaxtdan 1 saat gec başlaması olub.

Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova məhkəmə iclasının vaxtından gec başlanmasına etiraz edib: “Hörmətli hakim, məhkəmə iclaslarına biz 5 dəqiqə gec gələndə Vəkillər Kollegiyasına şikayət edirsiniz. Bugünkü iclas da, bundan əvvəlki də gec başlayıb. Biz saatlarla burada gözləyirik. Mənim barəmdə 4 dəfə kollegiya şikayəti etmisiniz”.

Daha sonra vəkil məhkəmə iclaslarının protokolları ilə tanış olmaq barədə vəsatət verib.

Zibeydə Sadıqova deyib ki, bu günə kimi 27 məhkəmə iclası keçirilib, iş üzrə 23 şahid dindirilib, 30-da çox vəsatət verilib.

Vəkil qeyd edib ki, bütün bu araşdırmalarla bağlı məhkəmə protokolları ilə müdafiə tərəfi tanış olmalıdır və bu tanışlıq mərhələsindən sonra Rasim Məmmədov son sözlə çıxış etməyə hazırlaşmalıdır.

Hakim isə məhkəmə protokolu ilə yekun qərardan sonra müdafiə tərəfinin tanış ola biləcəyini deyib.

Növbəti proses dekabrın 26-na təyin edilib.