Rasim Məmmədovun 70 milyonluq əmlakı da müsadirə olundubackend

Rasim Məmmədovun 70 milyonluq əmlakı da müsadirə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Steel Company” MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulan 70 milyon manatlıq əmlakının müsadirə olunması barədə qərar qəbul edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmdə elan olunub.

Bakının Səbail rayonunda yerləşən “Bakı Oksford Məktəbi”, Mərdəkan qəsəbəsində yerləşən bağ evi, fərdi yaşayış evləri və metal zavodunun müsadirə olunması üçün qərar çıxarılıb.

Qeyd edək ki, Rasim Məmmədov, onun ailə üzvləri, yaxın qohumlarının adına rəsmiləşdirimiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337.55 kv. yaşayış evi 331 min manat, Mərdakan qəsəbəsində daha bir ev 223 min manat olduğu məlum olub.

Bundan başqa, elan olunan sənədlərdə qeyd olunub ki, Rasim Məmmədovun ailə üzvlərinə məxsus Parlament küçəsində olan qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub.

Sənədlərdə göstərilib ki, Ziya Bünyadov prospektində 2 min 600 kv qeyri yaşayış sahəsinin, Sabunçu qəsəbəsi, Mayakovski küçəsində yerləşən iki qeyri yaşayış sahəsinin üzərinə də həbs qoyulub. Hakim deyib ki, Sabunçu qəsəbəsində olan əmlaklar 120 min manat miqdarında qiymətləndirilib.

Bundan başqa, Şüvəlan qəsəbəsində bağ sahəsinin, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında qeyri-yaşayış sahəsinin, Azadlıq prospekti, 54A ünvanında mənzilin üzərinə həbs qoyulub.

Sənədlərdən məlum olur ki, Rasim Məmdova məxsus olduğu iddia olunan Yasamal rayonu, Şərifzadə küçəsində qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulub, əmlak 2 milyon manat dəyərində qiymətləndirilib.

Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adına Abbasqulu Abbaszadə, 108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin də üzərinə həbs qoyulub, məktəb 22 milyon 487 min 150 manat qiymətləndirilib.

İş materiallarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində Rasim Məmmədova məxsus “No FE ROS” MMC-nin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulub. Bildirilib ki, həmin torpaq sahəsi 10 milyon manat, şirkətin avadanlıqları isə 25 milyon 800 min manat miqdarında qiymətləndirilib.

Sənəddə qeyd olunub ki, Xətai rayonu, Tağıyev küçəsində 2 min 600 kv əmlak kompleksin üzərinə həbs qoyulub, həmin əmlak Rasim Məmmədovun atası Hikmət Məmmədovun adına olub.

Bundan başqa, Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küsində bir neçə mənzilin üzərinə həbs qoyulduğu qeyd olunub, həmin mənzillər Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova məxsus olduğu qeyd edilib.

Xatırladaq ki, Rasim Məmmədov, onun ailə üzvləri və yaxın qohumlarının məxsus olan üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 70 milyon manatdır.

Həmin əmlakların 30 milyon manatlıq hissəsi Rasim Məmmədovun qohumlarının adınadır. Digər əmlaklar isə onun ailə üzvlərinə məxsusdur.

Bununla bağlı maraqlı şəxslər məhkəmədə vəkillə təmsil olunur və müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyirlər. Məhkəmə isə onların istəyini qəbul etməyib. Bu, həmin əmlakların üzərinə həbs qoyulsa da, yekun qərarın olmaması ilə izah edilir.

Xatırladaq ki, Rasim Məmmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.