Rasim Məmmədovun əmlakları üzərinə həbs qoyuldubackend

Rasim Məmmədovun əmlakları üzərinə həbs qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku Steel Company MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı bir neçə əmlakı üzərinə həbs qoyulub.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunlar Bakının Səbail rayonunda yerləşən “Bakı Oksford Məktəbi”, Mərdəkan qəsəbəsində yerləşən bağ evi, fərdi yaşayış evləri və metal zavodudur.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 70 milyon manatdır.

Qeyd edək ki, həmin əmlakların 30 milyon manatlıq hissəsi Rasim Məmmədovun qohumlarının adınadır.

Bununla bağlı maraqlı şəxslər məhkəmədə vəkillə təmsil olunur və müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyirlər. Məhkəmə isə onların istəyini qəbul etməyib. Bu, həmin əmlakların üzərinə həbs qoyulsa da, yekun qərarın olmaması ilə izah edilir.

Xatırladaq ki, Rasim Məmmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.