Rasim Məmmədovun məhkəməsi təxirə düşdübackend

Rasim Məmmədovun məhkəməsi təxirə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə vəkillərin iştirak etmədiyi məlum olub.

Məhkəmədə elan olunub ki, Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova xəstə olması ilə bağlı məhkəməyə məlumat verib və prosesdə iştirak edə bilməyəcəyini deyib.

Rasim Məmmədovun digər vəkili Elçin Sadıqov isə həbsdən yeni çıxdığını və bu səbəbdən məhkəməyə prosesdə iştirak edə bilməyəcəyi barədə məktub göndərib. O, növbəti iclasda iştirak edəcəyini deyib.

Təqsirləndirilən şəxsin növbəti vəkili Pərviz Məmmədov isə məhkəməyə məktub göndərib və başqa işi ilə bağlı məhkəməyə gələ bilməyəcəyini söyləyib.

Növbəti proses sentyabrın 23-də davam edəcək.