Rasim Quliyevin məhkəməsi davam etdirilibbackend

Rasim Quliyevin məhkəməsi davam etdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər: “Bu işdə olan rəsmi məktublardan görünür ki, mən səlahiyyətli şəxs olmamışam, sərəncamı imzalaya bilməzdim”.

Prokuror bu zaman arayışla çıxış edib. Deyib ki, R.Quliyev vəzifə səlahiyyətlərini aşaraq həmin sərəncamı imzalayıb, ittiham da buna görə irəli sürülüb: “Rasim Quliyev təkrar-təkrar sərəncam imzalamaq üçün səlahiyyətlərinin olmadığını deyir. Bildirim ki, ittiham bundan ibarətdir ki, Rasim Quliyev icra başçısı vəzifəsini mənimsəyərək həmin sərəncamı imzalayıb. Yəni səlahiyyəti olmadığı halda həmin sərəncamı imzalayıb. İttihamın mahiyyəti budur”.

R.Quliyevin vəkili isə deyib ki, ittihamda “vəzifə səlahiyyətini mənimsəmə” yox, “vəzifə səlahiyyətlərindən sui-istifadə” halı göstərilir.

Hakim Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsindən bu məsələ ilə bağlı bütün rəsmi sənədlərin növbəti günlərdə məhkəməyə təqdim edilməsini istəyib.