Rauf Mirqədirov anasını itirdibackend

Rauf Mirqədirov anasını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist Rauf Mirqədirova ağır itki üz verib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, R.Mirqədirovun anası Rəfiqə İsayeva vəfat edib. Bu barədə onun həmkarları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, atası Həbibulla Mirqədirov vəfat edəndə – 2014-cü ildə jurnalist həbsdə idi, dəfndə iştirak üçün ona 3 gün evində qalmağa icazə verilmişdi.

Hazırda isə R.Mirqədirov xaricdə mühacir həyatı yaşayır və anası ilə vida mərasiminə qatıla bilməyəcək.