Rayonlara gediş-gəliş bu tarixdə açıla bilərbackend

Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVİD-19” pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində dekabrın 14-dən yanvarın 18-dək yenidən sərt karantin rejimi tətbiq olunur. Operativ Qərargahın son brifiqində rayonlara gediş-gəlişin də məhdudlaşdırılmasına dair qərarın qəbul olunduğu açıqlanıb. Yanvarın 18-dən sonra yaxın zamanlarda rayonlara gediş-gəliş bərpa edilə bilərmi?

NOCOMMENT xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov sonxeber.az-a danışıb: “Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yanvarın 18-nə kimi məhdudlaşdırıcı sərt karantin rejimi tətbiq olunub. Bununla da bəzi şəhər və rayonlarımıza gediş-gəliş bağlanıb.

Yanvarın 18-nə kimi olan statistik göstəricilərdə yoluxanların sayı ilə sağalanların sayında normallaşma müşahidə olunarsa, bundan sonrakı mərhələdə Operativ Qərargah mövzuyla bağlı yeni qərarını açıqlayacaq. Düşünürəm ki, vəziyyət normallaşsa və yoluxma sayı getdikcə azalsa, 18-dən sonra gediş-gəliş bərpa oluna bilər”.