Rayonlarda olan tələbələrin Bakıya gəlişi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Rayonlarda olan tələbələrin Bakıya gəlişi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonlarda olan tələbələrin və tələbə adını alan birinci kursların paytaxta gəlişi məsələsi ilə bağlı müzakirələr aparılır.

NOCOMMENT.az xəbər verir ki,  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə məlumat verib.

H.Hacıyev qeyd edib ki, bu istiqamətdə Nazirlər Kabinetində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə təkliflər müzakirə edilir:

“Tələbələrin tələbə kartından istifadə etməklə rahatlıqla paytaxta gələ bilməsi istiqamətində çox suallar olub. Bu suallar ətrafında fikirlər müzakirə edilir”.

Onun sözlərinə görə birinci kursa qəbul olan və tələbə bileti olmayan tələbələrin gəlməsi məsələsi də düşünülür. Bütün bunlar Təhsil Nazirliyi ilə birgə aparılan müzakirələrdən sonra yekun qərarlar barədə ictimaiyyətə məlumat veriləcək.