Rayonlarda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlandıbackend

Rayonlarda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar, Astara və Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Biləsuvar rayon sakini R.Yaqubova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Astarada isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş R.Mahmudovun yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsi ictimai yerdə aşkarlayıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının da keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb.

Belə ki, rayon sakinləri O.Əzizov və E.Feyzullayev karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.