Rayonlarda zibil qabları tapılmır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, istirahət edənlərin seçimi əsasən bölgələr olsa da, ancaq getdikləri yerləri zibilləyənlər də az deyil. Bir çox yerlərdə ümumiyətlə zibil qabları qoyulmur.
Eyni vəziyyət İsmayıllı-Qəbələ ərazisində də yaşanır. Sakinlərin sözlərinə görə ərazidə zibil qablarının olmaması nəinki onları həm də bölgələrə üz tutan turistləri də narahat edir.
Məsələ ilə bağlı ərazi üzrə bələdiyyələrdən bildirildi ki, zibil konteynerləri yerləşdirmək onların səlahiyyətində deyil. Bunun üçün xüsusi fond yaradılmalı həmin vəsait hesabına konteynerlərin yerləşdirilməsi və zibilllərin daşınması həyata keçirilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.