Aleksandr Lukaşenko Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmaq istədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bunu VQTRK jurnalisti Pavel Zarubin ilə söhbətində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Sadəcə onunla danışmaq istərdim. Bəlkə də elə indi Rusiyadan siz vasitəsilə bunu eşidəcəyi anı çatdırmaq vaxtıdır. Mən ona demək istədiklərim var və düşünürəm ki, artıq məsləhətləşmələrə başlamağın vaxtıdır”, – deyə Lukaşenko qeyd edib.
Belarus lideri xüsusi hərbi əməliyyatın (XHE) başlanğıcında verdiyi təklifə də toxunub – “üç slavyan dövlətinin rəhbərləri oturub bu anlaşılmaz müharibəni bitirmək barədə razılığa gəlməlidirlər”.
“Razılığa gəlməliyik. Əks halda – hamıya pis olacaq”, – Lukaşenko vurğulayıb.