Rusiya Daxili İşlər Nazirliyi cinayət törətmək nəticəsində əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın yuyulması və ya leqallaşdırılması maddəsi ilə cinayət işi açıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RBK mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, iş naməlum şəxslərə qarşı açılıb. Bu, Ukraynanın 2022-ci ilin fevralında ölkə ərazisində yerləşən Rusiya və Belarus sahiblərindən yük vaqonlarını təhvil almasından sonra baş verib.
Əməliyyat şirkətlərinin məlumatına görə, Ukrayna ərazisində 17 mindən çox vaqon olub. Onların ümumi dəyəri 1,1 milyard dollar dəyərində qiymətləndirilir.