“Real” — “Valensiya” oyunu hakim qalmaqalı ilə başa çatıbbackend

“Real” — “Valensiya” oyunu hakim qalmaqalı ilə başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İspaniya çempionatının 27-ci turu çərçivəsində Madrid “Real”ı səfərdə “Valensiya” ilə bərabərə qalıb.

NOCOMMENT.az xəbər verir ki, oyun Valensiyada “Mestalla” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri qolları Uqo Duro (27-ci dəqiqə) və Roman Yaremçuk (30-cu dəqiqə) vurub. Real Madridin heyətində Vinisius Junior dubla imza atıb (45+5, 76).

“Real Madrid”in yarımmüdafiəçisi Jud Bellinqem əlavə vaxtda qol vurub, lakin hakim Xesus Xil Mansano bir neçə dəqiqə əvvəl final fitini çalıb və qolun hesaba alınmasına icazə verməyib. Qonaqların müdafiəçisi Antonio Rudiger də mübahisəyə görə qırmızı vərəqə alıb.

“Real Madrid” 26 oyundan sonra 65 xalı var və turnir cədvəlində birinci yerdədir. “Valensiya” 25 oyundan sonra 36 xalla 9-cu yerdədir.