Reanimasiya şöbəsində olan koronavirus xəstələrinin SAYIbackend

Reanimasiyada olan koronavirus xəstələrinin SAYI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2 069-dur.

NOCOMMENT.az TƏBİB-ə istinadən xəbər verir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.

Məlumata görə reanimasiyada olan xəstələrin sayı 135, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 16-dır.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.