Reanimasiyada olan xəstələrin sayı açıqlanıbbackend

Reanimasiyada olan xəstələrin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2049-dur.

NOCOMMENT.az TƏBİB-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988268 test aparılıb.

Məlumata görə reanimasiyada olan xəstələrin sayı 138, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 14-dür.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir.