Redmi bütün dövrlərdə 1 milyard smartfon satdıbackend

Redmi bütün dövrlərdə 1 milyard smartfon satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çinin İT nəhəngi Xiaomi-nin törəmə brendi olan Redmi milyardıncı smartfonunu satdığını bildirib. Bu barədə Xiaomi Qrupunun prezidenti və Redmi şirkətinin baş meneceri Lu Veybinqə istinadən IT Home məlumat yayıb.

Veybinq Weibo-da məlumat verib ki, Redmi komandası bu əlamətdar hadisəni noyabrın 22-də qeyd edib və tədbirdən foto əlavə edib. Şəkildə işçilərin 1.000.000.000 rəqəmini əks etdirən uzun tortun olduğu masa boyunca düzüldüyünü göstərir.

Redmi brendi Xiaomi strukturunda 2013-cü ilin yayında peyda oldu. 2019-cu ilin yanvarında Redmi-nin ayrı bir şirkətə çevriləcəyi açıqlandı. Şirkətin milyardıncı satışlarına çatması təxminən 10 il çəkdi.