Noyabrın 1-dən indiyədək Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağından Misirə təxminən 1100 nəfər keçib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.
Xatırladaq ki, keçid məntəqəsi ABŞ, Misir, İsrail və HAMAS-la danışıqlarda vasitəçi kimi çıxış edən Qətərin iştirakı ilə əldə olunan razılaşma çərçivəsində açılıb.