Rəfiqə Axundovaya “Şöhrət” ordeni təqdim olunubbackend

Rəfiqə Axundovaya “Şöhrət” ordeni təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2021-ci il tarixli Sərəncamı ilə görkəmli baletmeyster, Xalq artisti, Prezident təqaüdçüsü Rəfiqə Hacı qızı Axundova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sənətkarı evində ziyarət edərək ordeni ona təqdim edib. Nazir Rəfiqə Axundovaya xoş arzularını bildirib, cansağlığı, uzun ömür arzulayıb.