Region üçün tarixi an: Əbu-Dabi görüşündə nələr baş verdi?backend

Region üçün tarixi an: Əbu-Dabi görüşündə nələr baş verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan ilə daha bir platformada — BƏƏ-yə səfəri zamanı Əbu-Dabidə görüşdü”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, hər iki ölkə başçısı onlara təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”ndan öncə bir araya gələrək fikir mübadiləsi apara bilib:

“Hazırda biz iki ölkə arasında yeni səhifənin açılmasına şahidlik edirik. Nəticə etibarilə, bu, Cənubi Qafqaz üçün də yeni bir səhifə deməkdir. Həmçinin region ətrafında baş verən olaylarda yeni reallıqlardan xəbər verir.

Prezident İlham Əliyevin də dediyi kimi, iki ölkə arasında müxtəlif layihələr yerinə yetirilir. Ermənistana Azərbaycan benzini satılır. Daha sonra Ermənistana taxıl Azərbaycan vasitəsilə göndərilir. Bu artıq ticarət sərhədlərinin açılması deməkdir. Yaxın zamanda isə bizi çox ciddi hadisələr gözləyir. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Azərbaycanlılar Zəngəzura qayıdacaq. Azərbaycanlılar quru yollar vasitəsilə Naxçıvana gedib-gələcək. Tarixi torpaqlarımızdan keçmə imkanımız olacaq.

Bu və ya digər şəkildə Ermənistanda seçkilər keçiriləcək. Seçkilərin nəticəsi referendumla müşayiət oluna və biz sülh sazişinin imzalanmasının şahidi ola bilərik. Bu kimi görüşlər çox vacibdir. Bu görüşlərdə ciddi əhəmiyyət daşıyan məsələlər müzakirə edilir. Onu da deyim ki, bu cür görüşlərdən sonra biz mütləq yeni proseslərin baş verdiyinin şahidi oluruq”.

Atilla Rzasoy