303-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

303-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 100 950 (+550) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 005 (+2) ədəd tank, 5 986 (+5) ədəd zirehli döyüş maşını, 1 984 (+6) ədəd artilleriya sistemi, 414 (+1) ədəd reaktiv yaylım atəş sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 ədəd hərbi təyyarə, 267 ədəd helikopter, 4 622 (+7) ədəd avtomobil texnikası, 1 698 (+5) ədəd PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 178 xüsusi texnikadan ibarətdir.