34-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

34-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya Müdafiə Nazirliyi fevralın 24-dən bu günə kimi Ukraynanın itkiləri ilə bağlı məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov məlumat verib.

“Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçiləri 123 təyyarə, 74 helikopter, 311 pilotsuz təyyarə, 1 738 ədəd zirehli texnika, 181 reaktiv yaylım atəş sistemi, 726 səhra artilleriya qurğusu və minaatan, həmçinin 1 592 ədəd xüsusi təyinatlı hərbi texnikanı məhv ediblər”, – deyə Konaşenkov bildirib.