Müharibənin 37-ci günü üçün Rusiya Ukraynanın itkilərini yeniləyib.
NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya MN-nin sözçüsü, general-mayor İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 124 təyyarə və 81 helikopteri, 216 zenit-raket kompleksi, 353 pilotsuz uçuş aparatı, 1 839 tank və digər zirehli döyüş texnikası, 202 reaktiv yaylım atəş sistemi, 773 səhra artilleriyası və minaatanı, 1 711 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib”, – deyə Konaşenkov bildirib.












