47-ci gün: Ukraynanın itkiləri yeniləndi

47-ci gün: Ukraynanın itkiləri yeniləndi

Rusiya müharibənin 47-ci günündə Ukraynanın itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov mediaya açıqlamasında bildirib.

“Müharibənin başlamasından indiyə qədər düşmənin 129 təyyarəsi, 99 helikopteri, 243 (S-300, Buk-M1, “Osa AKM” tipli) zenit-raket kompleksləri, 441 PUA-sı, 2079 tank və digər zirehli texnikası, 239 reaktiv yaylım atəş sistemi, 909 artilleriya və minaatan, 2 mindən çox xüsusi hərbi avtomobili məhv edilib”, – deyə Konaşenkov bildirib.