Rus sülhməramlıların nəzarət etdiyi ərazidə separatçı qurum yerli ermənilərə qarşı repressiya və işgəncə rejimini davam etdirir.
NOCOMMENT Baku TV-yə istinadən xəbər verir ki, Xankəndidə yaşayan Yuri Musaelyan adlı şəxs Vardanyan-Arutyunyan rejiminə etiraz etdiyi üçün işgəncəyə məruz qalıb.
Musaelyan geri çəkilmək fikrində olmadığını deyib və dekabrın 25-də Xənkəndinin mərkəzindəki meydanda etiraz aksiyası təşkil edəcəyinə söz verib. Onun aksiyasına yerli fəallar da qoşulmağa hazırlaşır. Onun sözlərinə görə, Araik Arutyunyan və qardaşının İkinci Qarabağ müharibəsində ölənlərin ailələrinə təzminat kimi ayrılmış pulun bir hissəsinin necə mənimsənilməsini açıqlayacaq. Arutyunyanın Xankəndiyə gətirtdiyi muzdlular Musaelyanı arvadı və uşaqlarının gözü qarşısında döyüblər. Məlum olub ki, bu vəhşi akt Yuri Musaelyanın Araikin başçılıq etdiyi separatçı rejimin bölgəni və sadə erməniləri talayan siyasətinə qarşı çıxdığı üçün törədilib.












