AZAL Moskvaya uçuşların bərpasını TƏKZİB ETDİ

AZAL Moskvaya uçuşların bərpasını TƏKZİB ETDİ

Yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib.

Bildirilib ki, ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir.