Buçada mülki şəxsin öldürülməsinin görüntüləri – VİDEO

Buçada mülki şəxsin öldürülməsinin görüntüləri – VİDEO

Martın 3-də Ukraynanın Buça şəhərində Rusiyaya məxsus BMD (Rusiya istehsalı olan amfibiya tipli zirehli transportyor) bir mülki şəxsə bir neçə dəfə atəş açıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə “Suspilne” dron görüntüləri dərc edib.

Bildirilib ki, video “Azov” döyüşçülərinin hava kəşfiyyatı vasitəsilə 2022-ci il martın 3-də Buçada çəkilib.

Videoda bir küçədən digərinə dönən sakinə rus texnikasından atəş açılması əks olunub.

Sözügedən şəxsin dünyasını dəyişdiyi bildirilir.

Kadrları təqdim edirik:

Qeyd edək ki, Ukraynanın Buça şəhərində 320 mülki şəxsin rus əsgərləri tərəfindən öldürüldüyü bildirilir. Rusiya tərəfi isə səsləndirilən bütün fikirləri rədd edir və belə bir hadisənin yaşanmadığını iddia edir.