“Buta Airways” iyuldan bu istiqamətdə reyslərin sayını artıracaq

“Buta Airways” iyuldan bu istiqamətdə reyslərin sayını artıracaq

“Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi “Buta Airways” Bakıdan Türkiyənin kurort bölgəsi – Alanyaya uçuşların sayını artıracaq.

NOCOMMENT.az bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, hazırda Alanyaya uçuşlar hazırda həftədə 2 dəfə – cümə axşamı və şənbə günləri həyata keçirilir, iyul ayından etibarən isə gündəlik olacaq.