Erməni deputat iki yaxşı xəbər verdi

Erməni deputat iki yaxşı xəbər verdi

Ermənistan parlamentində bu gün baş tutan müzakirələr zamanı “Ermənistan” blokundan olan deputat Aqvan Vardanyan müharibə çağırışı ilə çıxış edib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, o, “iki yaxşı xəbərinin” olduğunu deyib.

“Birincisi odur ki, biz, 90-cı illərdə olduğu kimi, “bütün yolları” açacağıq, Ermənistan və Qarabağ regionda faktora çevriləcək. İkinci yaxşı xəbər odur ki, heç bir “Vətəndaş müqaviləsi” (hakim partiya) olmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, “Ermənistan” blokuna Ermənistanın sabiq prezidenti Robert Köçəryan rəhbərlik edir. Bu blok və onun ətrafında birləşənlər özlərini “revanşist” sayır və tez-tez müharibə ritorikasından istifadə edirlər.