Ermənistan ordusuna məxsus UAZ markalı avtomobil qəzaya uğrayıb.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, hadisə Zəngəzur bölgəsində baş verib.
Məlumata görə, hərbi maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər yaralanıb.
Yaralıların Ermənistan ordusunun hərbi qulluqçuları olduğu bildirilir. Hadisə yerinə hərbi polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.












