Aprelin 3-də saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.












