Ermənistan Zəngəzur dəhlizi üçün pul tapa bilmir

Ermənistan Zəngəzur dəhlizi üçün pul tapa bilmir

“Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası layihəsinin maliyyə mənbəyi hələ müəyyən edilməyib”.

NOCOMMENT.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Ərazilərin İnkişafı və İnfrastruktur Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, sözügedən dəmir yolunun Ermənistan ərazisində bərpa olunmasına 226 milyon dollar tələb olunur.

Bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkəsinin Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsi açmağa hazır olduğunu bəyan etmişdi.

O, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasına hazırlıq üzrə işçi qrupu yaradıldığını qeyd etmişdi.