Ermənistanda boşanmaların sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti (MSX) məlumat yayıb.
MSX-nin dərc etdiyi son məlumatlara görə, 2010-2020-ci illərdə Ermənistanda qeydə alınmış nikahlar 32,3% azalıb, boşanmalar isə əksinə, 5% artıb.
“Son illər ailə quranların yaşı da dəyişib. Qadınlar da, kişilər də əvvəlkindən 3-4 il daha gec evlənirlər”, – deyə hesabatda qeyd olunub.












