Ermənistanda mağazada qumbara partladılıb

Ermənistanda mağazada qumbara partladılıb

Ermənistanın Ararat əyalətinin Nor Xarberd şəhərinin mağazalarının birində yaşlı kişi qumbara partladıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Qeyd edilir ki, əl qumbaraları ilə silahlanmış bir nəfər ticarət mərkəzinə soxularaq oranı partlatmaqla hədələyib.

Polis əməkdaşları gələnə qədər həmin şəxs mağazanın içərisində qumbaralardan birini partladıb, nəticədə mağazaya böyük maddi ziyan dəyib: pəncərələr, qapılar sınıb, tavana və əmlaka ziyan dəyib. Silahlı şəxs F1 tipli ikinci qumbaranı partlatmağa cəhd edərkən polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

O, asayiş keşikçiləri tərəfindən polis bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Məlumata görə, polis tərəfindən zərərsizləşdirilən şəxs daimi yaşayış yeri olmayan 35 yaşlı Aram A.-dır.

Hadisə zamanı xəsarət alan olmayıb.