Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Rusiya vətəndaşı olan qadının meyitini aşkarlayıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Qadının ad və soyadı açıqlanmır, lakin qeyd edilir ki, onun 45 yaşı var imiş.












