Ermənistanın fövqəladə hallar naziri korrupsiyada şübhəli bilinir

Ermənistanın fövqəladə hallar naziri korrupsiyada şübhəli bilinir

Ermənistanın fövqəladə hallar naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, komitədə fövqəladə hallar naziri Andranik Piloyanı dindirib.

Dindirmələrin cinayət işi çərçivəsində həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib.

“ArmLur.am” portalı isə nazirə qarşı ittihamların irəli sürüləcəyi anonsunu verib.