Əsgər valideynləri İrəvanda aksiyaya başladılar

Əsgər valideynləri İrəvanda aksiyaya başladılar

Ermənistanda həlak olan hərbçilərin valideynləri İstintaq Komitəsinin hərbi idarəsi qarşısında toplaşıblar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bir qrup valideyn müstəntiqlə görüşə buraxılıb, lakin görüşün ortasında onlar əsəbləşib otaqdan çıxıblar.

Vəkil Vaan Ohannisyan isə jurnalistlərə bildirib ki, müstəntiq Arsen Movsisyana çöldə gözləyən valideynlərə cinayət işinin təfərrüatlarını təqdim etməyi xahiş edib, lakin müstəntiq deyib ki, o, sözçü deyil.

Valideynlər idarənin girişlərini bağlamaq qərarına gəlib, daha sonra çadır gətirdiklərini və cəzaçəkmə müəssisəsinin hərbi idarəsinin yaxınlığında oturaq aksiyaya başlayıblar.