İranın qərbindəki Lorestan əyalətində yaşayış binasında partlayış olub, hadisə nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
“NOCOMMENT” Publika.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, hadisə qaz sızması nəticəsində baş verib və təfərrüatları dəqiqləşdirilir.












