İşğalçılar tərəfindən oğurlanan bəzi merlər ölü tapılıblar

İşğalçılar tərəfindən oğurlanan bəzi merlər ölü tapılıblar

“Rusiya işğalçıları tərəfindən qaçırılan Ukrayna şəhərlərinin bəzi rəhbərlərinin meyiti tapılıb. Digərlərini tapmaq mümkün deyil”.

NOCOMMENT xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində deyib .

“Onlar bizim şəhərlərin merlərini oğurlayırlar. Onlardan bəzilərini öldürüblər. Bəzilərini tapa bilmirik. Artıq bəzilərini tapmışıq və onlar ölüblər”, – deyə prezident bildirib.