İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, əvvəlcə nümayəndə heyətlərinin rəhbərləri görüşüb, ardınca geniş tərkibdə danışıqlar davam etdirilib.
Rusiya və Ukrayna təmsilçilərinin növbəti görüşü Dolmabağça sarayında baş tutub. Hələlik danışıqların detalları məlum deyil. Görüşün 3 saat davam etdiyi bildirilir.












