Çeçenistan başçısı Ramzan Kadırov Ukraynanın Luqansk və Donetsk vilayətlərini tamamilə işğal edəcəklərini iddia edib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə Teleqram kanalında danışıb.
O, Ukraynanın sözügedən iki bölgəsini tamamilə “azad edəcəklərini”, sonra isə Kiyevi və digər şəhərləri ələ keçirəcəklərini bildirib.
“Sizi əmin edirəm ki, bir addım belə geri çəkilməyəcək”, – deyə Kadırov söyləyib.
ABŞ və Avropa İttifaqı Kadırovu Çeçenistanda insan haqlarının pozulmasında ittiham edir.
Kadırov ona qarşı irəli sürülən heç bir ittihamla razılaşmır.












