MN: Tovuzdakı mövqelərimiz atəşə tutulub

MN: Tovuzdakı mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-da axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.