Müxalifət Paşinyanı devirmək istəyir? – Erməni deputatdan açıqlama

Müxalifət Paşinyanı devirmək istəyir? – Erməni deputatdan açıqlama

Müxalifətçilər parlamentin işini iflic etməklə onun əhəmiyyətini azaltmağa çalışır.

NOCOMMENT apa-ya istinad’nxəbər verir ki, bu barədə hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdəki fraksiya rəhbəri Ayk Koncoryan açıqlama verib.

O bildirib ki, parlament müxalifətinin Qarabağa səfəri və parlamentin iclasında iştirak etməməsi təxribatdır.

Koncoryan müxalifəti Qarabağ və təhlükəsizlik məsələlərindən istifadə edərək dövlət çevrilişinə cəhddə ittiham edib.

Qeyd edək ki, “Şərəfim var” və “Ermənistan” blokları parlamentin 4 günlük plenar iclaslarını boykot edib.