Nəhayət: Vladimir Jirinovski ölüb

Nəhayət: Vladimir Jirinovski ölüb

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.

NOCOMMENTxəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. O, 75 yaşında dünyasını dəyişib.

V.Jirinovski bir müddət əvvəl koronavirusa yoluxmuşdu və fevralın 2-dən xəstəxanada müalicə olunurdu.

RLDP-nin Duma fraksiyasının partiya liderinin vəfatı barədə bəyanat yayıb: “Bu gün uzun sürən xəstəlikdən sonra Liberal Demokrat Partiyasının sədri Vladimir Volfoviç Jirinovski vəfat edib, bu, bütün Rusiya üçün, onun tərəfdarlarının ordusu üçün ağır zərbədir.

Mübaliğəsiz, böyük bir insan dünyasını dəyişdi, ölkəmizin və bütün dünyanın tarixinə öz adını yazmış böyük insan.

Hamımız matəm içindəyik”