Paşinyan Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqladı

Paşinyan Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqladı

“44 günlük müharibə nəticəsində Ermənistan tərəfindən 208 nəfər itkin düşüb”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Birinci Qarabağ müharibəsi və 44 günlük müharibə nəticəsində ümumilikdə 985 nəfər itkin düşüb”, – deyə Paşinyan söyləyib.

Onun sözlərinə görə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.