Paşinyan müharibədə ölən ermənilərin sayını AÇIQLADI

Paşinyan müharibədə ölən ermənilərin sayını AÇIQLADI

2020-ci ilin payızında Qarabağda gedən döyüşlər zamanı Ermənistan tərəfindən ümumilikdə 3 825 nəfər həlak olub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Bu günə qədər müharibə zamanı həlak olanların sayı 3825 nəfər təşkil edib. Bundan əlavə, hələ də axtarışlar davam edir”, – deyə Paşinyan bildirib.

Baş nazir, həmçinin bildirib ki, Birinci Qarabağ müharibəsi və 44 günlük müharibə nəticəsində ümumilikdə 985 nəfər itkin düşüb.

Qeyd edək ki, 44 günlük müharibə Azərbaycan Ordusunun tarixi qələbəsilə başa çatıb. Bununla da Qarabağın 30 illik işğalında son qoyulub. Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi itkilərini gizlətməyə çalışsa da, düşmənin 5 min nəfərdən çox döyüşçüsünün məhv edildiyi bildirilirdi.