Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətinən narazılıq edib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan sülhməramlıların 10 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində göstərilən öhdəliyi yerinə yetirmədiyini vurğulayıb: “De-fakto belə çıxır ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli sənəddə təsbit olunmuş öhdəliklərini, yəni dəhlizə nəzarətlə bağlı öhdəliklərini yerinə yetirmir.
Təbii ki, bu, Azərbaycanın qanunsuz hərəkətləri nəticəsində baş verir, lakin bu, vəziyyəti dəyişmir. Buna görə də Rusiya sülhməramlılarının mövcudluğunun əsas məqamı qanunsuz hərəkətlərin qarşısını almaqdır”.
Paşinyan azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın yolunda keçirdiyi etiraz aksiyasından danışarkən Rusiya sülhməramlı qoşunlarının vəziyyətə müdaxilə etməməsini pisləyib.












