Qarabağda erməni separatçıları növbəti dəfə qanunsuz iş aparmağa cəhd ediblər.
NOCOMMENT.az xəbər verir ki, Xocalının Pirlər kəndində ermənilər yenidən mühəndis işləri aparmaq istəyiblər. Azərbaycan tərəfi səsgücləndiricilər vasitəsilə bunun yolverilməz olduğu barədə xəbərdarlıq edib.
Bundan sonra separatçılar RSK-ya şikayət etmək qərarına gəliblər. Lakin bu, heç bir nəticə verməyib. Əksinə, nəticədə ruslar hadisə yerinə gələrək erməniləri öz zibillərini götürməyə və Azərbaycan tərəfinin tələblərinə tabe olmağa məcbur ediblər./Caliber












