“Quru sərhədlərinin açılması Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olar”.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
“Azərbaycanda koronavirus pandemiyasına dair son göstəricilər kifayət qədər aşağıdır. Hesab edirəm ki, quru sərhədlərinin açılması Azərbaycana gələn Rusiya turistlərinin sayının artmasına səbəb olar”, – deyə Boçarnikov qeyd edib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda “MİR” ödəniş kartının istifadəyə verilməsi də buna töhfə verə bilər.












