“Rusiyanın silahlı qüvvələri Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir, bununla yanaşı, qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərinin ərazisindən çıxarır”.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbukdakı səhifəsində məlumat yayıb.
“Düşmən xeyli itki verməkdə davam edir. Əldə olan məlumata görə, martın 28-də 83-cü əlahiddə hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Onların sayı 200-ə yaxındır”, – deyə məlumatda bildirilir.
Baş Qərargah qeyd edib ki, işğalçılar texnikanın döyüşə çıxarılmasında ciddi çətinliklər yaşayırlar.












